13:41
26 Avqust 2020

Abşeronda yaşayış binasında yanğın: təxliyyə edilənlər var

Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən 5-ci mərtəbəsinə qədər şaxta boyunca elektrik kabeli 10 p.m yanıb.

Yanğın zamanı tüstülənən mənzillərdən 13 nəfər bina sakini xilasedicilər və yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Dİgər xəbərlər