17:59
25 Avqust 2020

İranda koronavirusdan ölənlərin sayı 21 minə çatır

İranda son sutka ərzində 125 nəfər yeni növ koronavirusdan (COVID-19) vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda indiyədək bu virusdan ölənlərin ümumi sayı 20 901 nəfərə çatıb.

Son 24 saat ərzində 2 213 nəfər koronavirusa yoluxub, bununla da İranda bu virusa yoluxanların sayı 363 363 nəfərə yüksəlib.

İndiyədək 313 058 nəfər koronavirusdan sağalıb. Hazırda virus daşıyıcılarından 3 839 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Dİgər xəbərlər