12:27
25 Avqust 2020

7 ay əvvəl itkin düşən 82 yaşlı kişi axtarılır

Sumqayıt şəhəri, Xəzər bağlar massivində yaşayan 82 yaşlı Yunus Hüseynov bu il yanvarın 31-də gəzmək adı ilə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 165 sm., arıq bədən quruluşlu, ağbəniz, saçları qısa və ağarmış, gözlərinin rəngi qəhvəyi, sifətində digər fərqləndirici əlamətləri yoxdur.

Y.Hüseynov evdən çıxarkən əynində qara rəngli qış gödəkçəsi, göy rəngdə cins şalvar, qəhvəyi rəngdə poliver, başında qara papaq (kepka), ayağında qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Sumqayıt şəhər Polis İdarəsinə (018) 65-4-02-02 şəhər və (077) 458-17-18 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Dİgər xəbərlər