Şeksprin homoseksual olduğu iddia edildi
25 avqust 2020 11:18 (UTC +04:00)

Şeksprin homoseksual olduğu iddia edildi

Tədqiqatçılar dünya şöhrətli şair və dramaturq Uilyam Şekspirin biseksual olduğu qənaətinə gəliblər.

Lent.az xəbər verir ki, bu barədə "The Telegraph"da məlumat yer alıb. Professor Stanley Wells və Paul Edmondson şairin 154 sonnetini və eyni zamanda bəzi pyeslərini analiz edərək onun homopseksual olması qənaətinə gəliblər. Alimlər şairin yazdığı bu əsərlərin həm qadınlara, həm də kişilərə həsr olunduğunu təsbit ediblər. Hətta Şekspirin, Anne Hathavay ilə evil olduğu zamanlarda əks cinsin nümayəndələri ilə münasibətləri olduğu qənaətinə gəliblər.

Edmondson qeyd edir ki, şairin bəzi sonnetlərində xüsusi olaraq kişilərə müraciətlər var.

Eyni zamanda, professorun fikrincə, 1980-ci illərin ortalarından etibarən evli və uşaqlı olmasına baxmayaraq Şekspirin gey olduğu nəzəriyyəsi yayılmağa başlamışdı.

Qeyd edək ki, əvvəllər də Kembric Universitetinin tələbələri Şeksprin pyeslərində cinsi zorakılıq və təcavüz səhnələrin olması barədə məlmuat vermişdilər. Ona görə də mühazirə cədvəllərində şairin əsərlərindəki məlum hissələrə xəbərdarlıq simvolları qoyulmuşdu.(kulis.az)

# 2434
avatar

Oxşar yazılar