Rayon sakinində külli miqdarda narkotik aşkarlandı
25 avqust 2020 10:32 (UTC +04:00)

Rayon sakinində külli miqdarda narkotik aşkarlandı

Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Şərəfxanlı kənd sakini Elmin Mirzai saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, E. Mirzainin yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 16 kiloqramdan artıq 14 ədəd çətənə kolu edilərək götürülüb.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

# 1075
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar