Əməkdar artistin bacısı koronavirusa yoluxub
24 avqust 2020 15:17 (UTC +04:00)

Əməkdar artistin bacısı koronavirusa yoluxub

Əməkdar artist Lalə Məmmədovanın bacısı koronavirus infeksiyasına yoluxub.

Lent.az bildirir ki, bu haqda axşam.az-a açıqlamasında müğənni özü məlumat verib. O bildirib ki, virus onun da ailəsindən yan keçməyib:

"Bacım və övladları koronavirusa yoluxdular. Şükür, indi yaxşıdılar".

Karantin boyunca heç bir efirə qatılmayan Məmmədova bütün gününü övladları ilə keçirdiyini deyib:

"Həmin ərəfədə yalnız övladlarım və ailəmlə oldum. Dəvət edirdilər, sadəcə, ruh halım o deyildi. Bağımda, ailəmlə birlikdə oldum. Bu günümüzə də şükür".

L.Məmmədova ölkə başçısının hədiyyə etdiyi evdən də söz açıb. O bildirib ki, evin təmir işləri artıq başa çatıb:

"Hələ köçməmişəm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5947

Oxşar yazılar