12961
11:35
24 Avqust 2020

Siyavuş Novruzov istefa verdi

Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası İcra katibinin müavini vəzifəsindən istefa edib.

APA-nın xəbərinə görə, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri cənab İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.