11:06
24 Avqust 2020

Model rəfiqəsi ilə dalaşıb özünü yandırdı

Braziliyalı model Katiuscia Silva Mota dostu ilə dalaşandan sonra özünü yandırıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bədəninin yarıdan çoxu yanan qızı ətrafdakılar zorla söndürə bilib.

31 yaşındaki model 21 yaşındaki dostu ilə mübahisə edib. Daha sonra evə girən Silva səhvən özünü yandırıb. Alovlar içində özünü küçəyə atan modeli dərhal xəstəxanaya yerləşdiriblər. Hadisədən sonra polis modelin rəfiqəsini nəzarətə götürüb. O bildirib ki, evin bir otağında ətir istehsal etdiyi üçün kimyəvi maddələr olub.

Anası isə Motanın evə əlində siqaretlə girdiyini buna görə yandığını deyib.

Dİgər xəbərlər