4378
17:44
21 Avqust 2020

Karantin rejimi yenidən sərtləşdirilə bilər? - TƏBİB-dən cavab

“Məqsəd yumşalmaya mərhələli şəkildə gedərək yoluxmaların sayına nəzarət etməkdir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu gün sərtləşməyə getməklə bağlı ciddi dəyişiklik yoxdur: “Artımları bu gün görürük. Ona görə də bəzi qərarların qəbulu gözlənilir. Əvvəlki problemlərlə yenidən qarşılaşmamaq üçün vəziyyətə ciddi yanaşmalıyıq. Hazırda artım var. Amma vəziyyət nəzarət altındadır”.

Elnur Azadxanov bildirib ki, hamı, o cümlədən də həkimlər yumşalma istəyir: “Amma yumşalmaya gedərkən hamı bu qərarı verən insanlara kömək etməlidir. Bir-birimizə yardımçı olsaq, bu xəstəliyə qalib gələ biləcəyik. Evdən həyətə düşəndə maskasız mağazaya daxil olanlara təsir etmək lazımdır. Burada vicdan məsələsi var. Bunu hər kəs düşünməlidir. İnsanlar bütün sualları dövlət strukturlarına yönəldir. Dünyada bütün pandemiyalar bitib. Bu gün karantinlə xəstə sayının azaldılması ideal yol deyil. Amma bunun alternativi yoxdur. Hazırda dünya karantin rejimini əsas götürür. Biz də buna uysaq, xəstəliyin yayılma tempini azaldacağıq”.