2161
17:12
21 Avqust 2020

Koronavirusa yoluxmaların 50 faizindən çoxu bu ərazilərin payına düşür - TƏBİB

“Koronavirusa yoluxmaların 50 faizindən çoxu Bakı və Abşeron yarımadasının payına düşür”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, yaş həddinə gəldikdə, ən çox yoluxmalar 50-59 yaş qrupundadır. Onun sözlərinə görə, 10-16 avqust tarixlərində yoluxmaların sayı 651 nəfər olub.