4999
13:05
20 Avqust 2020

Koronavirusa qarşı mübarizədə yeni mərhələ - XƏBƏRDARLIQ

“İndi koronavirus pandemiyası ilə mübarizədə yeni mərhələyə giririk”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, payız aylarında bir çox ekspertlər qlobal olaraq koronavirusla bağlı sayların artmasını gözləyir: “İndiyə qədər öyrəndiyimiz hər şeyi yenidən gözdən keçirmək lazımdır. ÜST bundan sonra ümumi olaraq sıx karantin rejiminin bütün ölkədə deyil, bölgə-bölgə olaraq ortaya qoyulmasını tövsiyə edir.

Mübarizənin lokallaşdırılması üçün bütün ölkələrin hansı bölgələrdə xəstəlik vəziyyətinin necə olduğuna dair çox yaxşı məlumat toplaması vacibdir. Yəni, epidemioloji sistemlərinin güvənli və sağlam olması lazımdır. Əlbəttə, təmasların izlənməsi də vacibdir. Yəni, bir şəxs xəstə olduğu zaman kimlərlə təmasda olubsa, onların da izlənməsi, xəstəliyi başqasına yoluxdurmasının qarşısının alınması son dərəcə önəmlidir. Ölkələr qarşıdakı günlər və aylarda normal həyata qayıtmanın yollarını axtarmalıdır. Bu, normal sosial və iqtisadi həyat davam edərkən eyni zamanda xəstətliyin yoluxmanın qarşısının ala bilinəcəyi bütün qaydaların istifadəsi mənasına gəlir. Məsələn, küçədə gəzmək sərbəst olacaq, ancaq insanlar gigiyena qaydalarına riayət edəcək, ara məsafələrini qoruyacaqlar”.