13:04
18 Avqust 2020

Axtarışda olan qadın həkimin pulqabını oğurladı

Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə avqustun 12-də R.Behbudov küçəsində yerləşən tibb mərkəzində həkim işləyən Ü.Hüseynovanın içərisində 2021 manat olan pulqabısının oğurlanması barədə müraciət daxil olub.

Lent.az -a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal polis əməkdaşları müvafiq araşdırmalar aparıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş S.Quliyeva müəyyən edilərək saxlanılmışdır. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olması da müəyyən edilib.

Dİgər xəbərlər