Deputatın milyonlarla pulunu oğurlayan modelə iş kəsildi
18 avqust 2020 06:20 (UTC +04:00)

Deputatın milyonlarla pulunu oğurlayan modelə iş kəsildi

0

Moskvanın Presnenski Məhkəməsi model Olqa Sintyureva və əlbir olduğu İbrahim Dudaevi Dövlət Dumasının deputatı (Rusiya Liberal Demokrat Partiyasından seçilib) Sergey Jiqarevin seyfindən 22 milyon rubl oğurladıqlarına görə 4 il həbs cəzasına məhkum edib. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat katibi Lela Kokaya bildirib. 

O bildirib ki, model övladı 14 yaşına çatdıqdan sonra cəzasını çəkəcək: “Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 4-cü hissəsinin "b" bəndinə (oğurluq) əsasən, onların hər ikisi cəzasını ümumi rejimli islah koloniyasında çəkəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3850

Oxşar yazılar