08:27
17 Avqust 2020

Bu ölkədə koronavirusa görə parlament seçkilərinin vaxtı dəyişdirildi

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern ümumparlament seçkilərinin vaxtının sentyabrın 19-dan oktyabrın 17-dək təxirə salındığını elan edib.

APA xəbər verir ki, bu barədə “New Zeland Herald” qəzeti məlumat yayıb.

Məlumata görə, bu qərar koronavirus infeksiyasının ölkədə yayılması ilə əlaqədardır.

Qeyd olunur ki, avqustun 11-də 102 gün ərzində ilk dəfə Yeni Zelandiyada dörd yeni koronavirusa yoluxma faktı aşkarlanıb. Bu, virusun ölkədaxili yayılması kimi qiymətləndirilib və qabaqlayıcı tədbirlərin tətbiq olunmasına gətirib çıxarıb.

Dİgər xəbərlər