05:03
17 Avqust 2020

ABŞ-da atışma zamanı 3 polis əməkdaşı yaralandı

ABŞ-ın Texas ştatının Sidar-Park şəhərində baş vermiş silahlı insident zamanı üç polis əməkdaşı yaralanıb.

APA xəbər verir ki, bu barədə şəhərin polis idarəsi “Twitter”də məlumat yayıb.

Xəsarət alan polis əməkdaşları xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabildir. Bildirilir ki, polis çağırış əsasında şəhərin şimal hissəsindəki yaşayış binalarının birinə gəlib. Silahlı şəxs içəridə özünə istehkam quraraq polisə müqavimət göstərib. Onun həbs olunması barədə hələlik bir məlumat verilməyib.

Dİgər xəbərlər