"Avtobus xətlərinin artırılması məsələsinə baxılır" - RƏSMİ
15 avqust 2020 11:24 (UTC +04:00)

"Avtobus xətlərinin artırılması məsələsinə baxılır" - RƏSMİ

“İyulun 6-dək Bakıda 1800-1900 civarında avtobus fəaliyyət göstərirdi”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bundan sonrakı dövrdə 100 avtobus əlavə olunub ki, sıxlıq maksimum şəkildə aradan qaldırılsın:

"Həmçinin Bakı Nəqliyyat Agentliyi tərərfindən Bakı kəndlərini Bakının əsas dayanacaq məntəqələri ilə birləşdirən əlavə xətlər də verilib. Bu əlavə xətlərin sayının artırılması və oraya əlavə avtobusların verilməsi məsələsi də baxılmaqdadır və yaxın günlərdə bununla bağlı əlavə qəraralar veriləcək".

# 1327
avatar

Oxşar yazılar