Yas mərasimi keçirənlər cərimələndilər
13 avqust 2020 16:21 (UTC +04:00)

Yas mərasimi keçirənlər cərimələndilər

Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayon sakini Məzahir Mustafayevin karantin rejiminin qaydalarını pozaraq öz evinin həyətində vəfat etmiş atası üçün yas mərasimi keçirdiyini aşkarlayıblar.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları mərasimi dərhal dayandırıb, ev sahibi M.Mustafayev və mərasimdə iştirak edən 6 nəfər Polis Şöbəsinə gətiriliblər.

Burada onlarla izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

# 2440
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar