
Sosial şəbəkədə narkotik qəbulunu təbliğ edən saxlanıldı

“İnstagram” sosial şəbəkəsində profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi, Cəlilabad rayon Hacıismayıllı kənd sakini Şahin Şahmarlı saxlanılıb.
Həmin şəxs ifadəsində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Şahin Şahmarlının mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.
Cəlilabad rayon Məhkəməsinin qərarına əsasən Şahin Şahmarlı İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs cəzası tətbiq edilib.

Oxşar yazılar

Naftalan sakini laqonda ilə özünü yaraladı
28 yanvar 2021 , 01:13
Azyaşlının üstünə qaynar su dağıldı
27 yanvar 2021 , 22:23
Azərbaycanda universitet tələbəsi dəm qazından boğuldu
27 yanvar 2021 , 21:29
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu
27 yanvar 2021 , 19:51
Rayonda iki nəfər qazdan zəhərləndi
27 yanvar 2021 , 18:19
Ticarət obyektlərinə nəzarət gücləndirildi - VİDEO
27 yanvar 2021 , 17:40
Xocalı polisi külli miqdarda silah-sursat aşkarladı-FOTO
27 yanvar 2021 , 17:04
Sosial şəbəkədə azyaşlı qızları əxlaqsızlığa cəlb edən HAKİM QARŞISINDA
27 yanvar 2021 , 17:00