Azərbaycanda məhbus qollarını doğradı
12 avqust 2020 14:27 (UTC +04:00)

Azərbaycanda məhbus qollarını doğradı

Gəncədə məhbus özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında baş verib.

Orada saxlanılan, 32 yaşlı Vüsal Rəsulov kəsici alətlə hər iki qoluna çoxsaylı  xəsarət yetirib. Təcili xəstəxanaya yerləşdirilən məhbusa ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

# 2632
avatar

Oxşar yazılar