Rayonda maşınla vurulan qadın öldü
10 avqust 2020 13:17 (UTC +04:00)

Rayonda maşınla vurulan qadın öldü

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki,  avqustun 9-da saat 9 radələrində Lənkəran rayonunun Boladi kəndi ərazisində rayon sakini X.Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini Moskva Məhərrəmovanı vurub və piyada hadisə yerində ölüb.

Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1540
avatar

Oxşar yazılar