5665
22:41
08 Avqust 2020

Tovuzda əri tərəfindən bıçaqlanan qadın ölüb - YENİLƏNİB-1

Tovuzda həyat yoldaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, 30 yaşlı Rəqsanə Məmmədova həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 13:01

Tovuzda qadın əri tərəfindən bıçaqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törətməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü Məmmədəliyev Malik Şahmar oğlu tutulub.

***

7 avqust

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Rəqsanə Məmmədova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.