Bakıda piyadanı maşın vurub öldürdü
06 avqust 2020 17:58 (UTC +04:00)

Bakıda piyadanı maşın vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 5-də saat 20 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Həsənli idarə etdiyi “VAZ-21705” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bəşir Bəşirovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

# 2344
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar