17:28
31 İyul 2020

Orfoqrafiya lüğəti sentyabrda nəşr olunacaq

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb.

Lent.az AMEA saytına istinadən xəbər verir ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" sentyabr ayında kitab halında nəşr edilərək geniş oxucu kütləsinə təqdim olunacaq.

Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 1929-cu ildən bu günədək Dilçilik İnstitutunda hazırlanaraq nəşr edilib. Orfoqrafiya lüğətinin yeni nəşri də Dilçilik İnstitutunun lüğətçilik üzrə ixtisaslaşmış tanınmış dilçi alimləri və mütəxəssisləri tərəfindən ərsəyə gəlib.



Dİgər xəbərlər