Bakıda 3 maşın toqquşdu: 1 nəfər ölüb
31 iyul 2020 12:34 (UTC +04:00)

Bakıda 3 maşın toqquşdu: 1 nəfər ölüb

İyulun 30-da saat 23.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini Cavid Xanalıyevin idarə etdiyi “VAZ-2106” markalı, Mərdəkan qəsəbə sakini N.Hacıyevin idarə etdiyi “Mercedes” və Qaraçuxur qəsəbə sakini P.Həsənovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, nəticədə “VAZ-2106”-nın sürücüsü hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2568

Oxşar yazılar