2329
10:42
31 İyul 2020

Bakının bu rayonlarında içməli suyun verilişində fasilə yaranacaq


Magistral kəmərlərdə baş vermiş qəza ilə əlaqədar Qaradağ, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranıb.

"Azərsu'" ASC-dən Lent.az -a bildirilib ki, yaranmış narahatlıqla əlaqədar "Azərsu'" ASC abonentlərdən üzr istəyir. Hazırda qəza briqadaları hadisə yerində işləyir, təmir işləri yekunlaşan kimi suyun verilişi bərpa olunacaq.