Gürcüstanda koronavirusa yoluxanların sayı 1168 nəfərə çatdı
31 iyul 2020 10:11 (UTC +04:00)

Gürcüstanda koronavirusa yoluxanların sayı 1168 nəfərə çatdı


Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 8 yoluxma halı qeydə alınıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1168 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 6596 nəfər karantində saxlanılır, 327 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 940 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

# 1090
avatar

Oxşar yazılar