Bakı sakini narkotiklə tutuldu
30 iyul 2020 11:39 (UTC +04:00)

Bakı sakini narkotiklə tutuldu

Bakı sakinindən külli miqdarda narkotik maddə aşkar edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə Bakı şəhər sakini E.Məmmədov Xəzər rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 30 qram heroin aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1511

Oxşar yazılar