Los Anceles meri azərbaycanlılara qarşı baş verən hücumları pislədi
30 iyul 2020 10:06 (UTC +04:00)

Los Anceles meri azərbaycanlılara qarşı baş verən hücumları pislədi

Los Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayaraq, 21 iyulda Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib və hadisənin Los Anceles Polis İdarəsi tərəfindən araşdırıldığını qeyd edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya bildirilib ki, sərbəst toplaşmaq və söz azadlığının amerikan dəyərlərinin təməl daşları olduğunu və bu azadlıqların Los Ancelesdə də uzun illərdir təmin olunduğunu deyən mer zorakılığın Los Ancelesdə yolverilməz olduğunu vurğulayıb. E.Qarsetti Los Ancelesdə yaşayan Azərbaycan icmasının  təhlükəsizliyinin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.

# 1411
avatar

Oxşar yazılar