09:27
28 İyul 2020

Bakıda velosipedçini maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az -ın məlumatına görə, hadisə ötən gün Binəqədi şossesində qeydə alınıb.

Ağsu rayon sakini Teymur Zeynalov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə velosipedçi, paytaxt sakini, 1981-ci il təvəllüdlü Rəşad Şəfiyevi vurub. Velosipedçi aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Dİgər xəbərlər