08:27
28 İyul 2020

Meksikada qadın futbolçuları ildırım vurdu - 2 ÖLÜ, 3 YARALI

Meksikanın paytaxtı Mexiko şəhərinin cənub-şərqində ildırım vurması nəticəsində iki futbolçu ölüb, daha üçü yaralanıb.

APA xəbər verir ki, bu barədə “Universal” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, güclü yağış səbəbindən Tlauak bələdiyyəsində keçirilən qadın futbol liqasının matçı dayandırılıb. Beş futbolçu qız stadionda unudulan topu götürmək üçün geri qayıdıb. Ancaq bu vaxt şimşək çaxıb.

İldırım vurması nəticəsində xəsarət alan futbolçular xəstəxanaya aparılsa da, onlardan ikisini xilas etmək mümkün olmayıb. Ölənlərdən birinin yetkinlik yaşına çatmadığı qeyd olunur.

Qəzet, həmçinin digər üç idmançının ikinci dərəcəli yanıq xəsarətləri aldığını qeyd edir.

Dİgər xəbərlər