09:17
26 İyul 2020

Dünyada koronavirusa yoluxanların sayında növbəti rekord

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 16 milyon nəfəri ötüb.

Lent.az -ın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bu gün saat 08.00-a dünyada 16 milyon 46 min 986 nəfər COVİD-19-a yoluxub, 644 min 528 nəfər həyatını itirib. Virusa yoluxanlarda 9 milyon 262 min 520 nəfər sağalıb.

Dİgər xəbərlər