“Yuventus” bu futbolçusunu  50 milyon avroya satır
25 iyul 2020 18:42 (UTC +04:00)

“Yuventus” bu futbolçusunu 50 milyon avroya satır

İtaliyanın “Yuventus” klubu futbolçusu Duqlas Kostanı satmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi braziliyalı vingerin bu yay başqa kluba keçməsini istəyir.

A seriyası klubu cənubi amerikalının satışından 50 milyon avro əldə etmək fikrindədir. 29 yaşlı futbolçu İngiltərə “Mançester Siti”si və Fransa PSJ-sinin maraq dairəsindədir.

Qeyd edək ki, Kostanın “Yuventus”la müqaviləsi 2022-ci ilin iyununda başa çatacaq.

# 4321
avatar

Oxşar yazılar