15:00
25 İyul 2020

Xavi Ernandes də koronavirusa yoluxdu


İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Xavi Ernandes koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bunu hazırda Qətərin “Əl-Sədd” klubunun baş məşqçisi olan ispaniyalının özü açıqlayıb.

O, sosial şəbəkədəki paylaşımında testinin müsbət nəticələndiyini bildirib: “Koronavirus testimin nəticəsi müsbət oldu. Xoşbəxtlikdən tam qaydasındayam, amma protokola uyğun hərəkət edəcəyəm. Tam sağalana qədər karantində qalacağam. Hamını qucaqlayıram. Tezliklə futbol meydanlarında görüşənədək”.

Dİgər xəbərlər