Qonşu qızı öldürmək istəyən tutuldu
23 iyul 2020 10:37 (UTC +04:00)

Qonşu qızı öldürmək istəyən tutuldu

İyulun 22-də səhər saat 8 radələrində 25 yaşlı Müseyib Aygün Şahbaz qızının bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Sumqayıt şəhər Prokurorluğundan Lent.az-a daxil olan məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla 33 yaşlı Əsgərov Abdul Rahib oğlunun Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu 25 yaşlı Müseyib Aygün Şahbaz qızına çoxsaylı bıçaq zərbələri vurub onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Abdul Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2781

Oxşar yazılar