XİN-dən ABŞ dövlət departamentinə CAVAB
22 iyul 2020 18:16 (UTC +04:00)

XİN-dən ABŞ dövlət departamentinə CAVAB

"Belə bir şəraitdə ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır, bunu başa düşə bilmirik".

Lent.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Leyla Abdullayeva jurnalistlərin suallarına cavab verərkən deyib. Qurum rəsmisi, “Corc Floydun ölümündən sonra hazırda bütün dünya ictimaiyyəti ABŞ-ı bürüyən iğtişaşlar səbəbindən bu ölkədəki vəziyyətə görə narahatdır” deyə, danışıb.

Qeyd edək ki, idarə rəisi iyulun 20-də ABŞ Dövlət Departamenti “ABŞ-ın COVİD-19 pandemiyasına qarşı qlobal mübarizədə demokratiya, yaxşı idarəetmə və insan hüquqlarına dəstəyi” adlı informasiya bülleteni dərc edib və burada Azərbaycana da istinad edilib. Belə ki, Dövlət Departamenti Azərbaycan hakimiyyətini COVİD-19-a qarşı görülən tədbirlərin vətəndaş cəmiyyəti təbliğatını, müxalif səsləri və ya ictimai müzakirələri susdurmaq üçün istifadə edilməməsini təmin etməyə çağırıb. 

# 4204
avatar

Oxşar yazılar