Tibbi maskadan istifadə etmədiyinə görə 17 820 nəfər cərimələnib - RƏSMİ
21 iyul 2020 19:34 (UTC +04:00)

Tibbi maskadan istifadə etmədiyinə görə 17 820 nəfər cərimələnib - RƏSMİ

Karantin rejimi dövründə tibbi maskadan istifadə etmədiklərinə görə 17 820 nəfər cərimələnib.

APA-nın məlumatına görə, bunu Daxili İşlər Nazirliyində 2020-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında Kollegiya iclasında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.

O bildirib ki, xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb, onlardan 788 nəfəri həbs edilib, 193 560 nəfər, o cümlədən tibbi maskadan istifadə etmədiklərinə görə 17 820 nəfər cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4097

Oxşar yazılar