İspan klubu baş məşqçisini istefaya göndərdi
20 iyul 2020 23:15 (UTC +04:00)

İspan klubu baş məşqçisini istefaya göndərdi

0


İspaniya La Liqasında mövsüm başa çatan kimi, ilk baş məşqçi dəyişikliyi reallaşıb.

Apasport.az saytının məlumatına görə, "Leqanes" çalışdırıcısı Xavyer Aqirreni istefaya göndərib.

Buna səbəb komandanın 18-ci yeri tutaraq La Liqanı tərk etməsi olub. "Leqanes" onun rəhbərliyi altında mövsümü 36 xalla tamamlayıb.

Qeyd edək ki, Xavyer Aqirre "Leqanes"ə ötən ilin noyabrında təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8173

Oxşar yazılar