12:51
20 İyul 2020

"Xaş-xaş-2020" əməliyyatı: Evin həyətində nələr tapıldı...

Yevlax sakinindən narkotik maddə götürülüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” tədbirlər planına əsasən həyata əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Yevlax rayonu Havarlı kənd sakini Şahin Tağıyevin yaşadığı fərdi evə baxış keçirilib. Bu zaman yaşayış evinin həyətyanı sahəsindən 107 ədəd ümumi çəkisi 21.500 kq olan, xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri və ümumi çəkisi 9.144 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər