4813
06:10
19 İyul 2020

Bakıda uşaq 4-cü mərtəbədən yıxıldı


Bakının Sabunçu rayonunda 10 yaşlı uşaq ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

Sülh küçəsi, 5 ünvanında 2007-ci il təvəllüdlü Balayev Ayxan Rauf oğlu valideyn nəzarətindən kənar qalaraq binanın 4-cü mərtəbəsindən yerə düşüb. O, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.