15:42
18 İyul 2020

"Monako"nun baş məşqçisi dəyişdi


"Monako"da baş məşqçi dəyişikliyi edilib.

Apasport.az saytının məlumatına görə, knyazlıq klubu Robert Morenonu istefaya göndərib.

Liqa1 təmsilçisini gələn mövsümdən Niko Kovaç çalışdıracaq. 48 yaşlı mütəxəssis uzun sürən danışıqlardan sonra razılıq verib. Xorvatiyalı uzunmüddətli müqavilə bağlayacaq. Kovaç son olaraq 2018-ci ilin aprelindən 2019-cu ilin noyabrına qədər "Bavariya"ya rəhbərlik edib.

Qeyd edək ki, "Monako" vaxtından əvvəl başa çatdırılan Fransa çempionatında 9-cu yeri tutub.

Dİgər xəbərlər