18:58
17 İyul 2020

II Elizabetin nəvəsi görün kimlə evləndi

Böyük Britaniya kraliçası II Elizabetin nəvəsi şahzadə Beatris bugün səhər saatlarında italiyalı maqnat Edoardo Mapelli Mozzi ilə gizli şəkildə evlənib.

APA-nın Britaniya bürosunun "Sky News"a istinadən verdiyi xəbərə görə, "Windsor" sarayında baş tutan mərasimə kraliça II Elizabet, şahzadə Filip və cütlüyün yaxın qohumları qatılıblar.

“Buckingham” sarayından verilən açıqlamada mərasimin ailə arasında keçirildiyi qeyd olunub.

Xatırladaq ki, cütlüyün toyu bundan öncə may ayına planlaşdırılsa da koronavirusa görə təxirə salınıb. Cütlüyün bu gün evlənəcəyi isə daha öncədən mətbuata xəbər edilməyib.

Şahzadə Beatris Britaniya taxtında 9-cu sıradadır. O, “Afiniti” şirkətində tərəfdaşlıq və strategiya üzrə vitse-prezidentdir.

Dİgər xəbərlər