Əsgərlərimizə 1000-dən çox məktub göndərildi, layihə davam edir
17 iyul 2020 12:54 (UTC +04:00)

Əsgərlərimizə 1000-dən çox məktub göndərildi, layihə davam edir

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində şanlı Aprel döyüşlərində olduğu kimi hazırkı vəziyyətdə də xalqımızın birliyini simvolizə edən bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a bildirilib ki, layihə ilə bağlı “ASAN xidmət” mərkəzlərinin könüllüləri və xidmət üçün müraciət edən vətəndaşlarımız tərəfindən Vətənimizin keşiyində duran mərd əsgərlərimizə 1000-dən çox məktub ünvanlanıb.

ASAN könüllüləri bu təşəbbüsün ölkəmizin qazanacağı böyük qələbəyə kiçik töhfə olacağına inanırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3102

Oxşar yazılar