GUAM Katibliyi: Azərbaycan xalqı ilə həmrəyik
15 iyul 2020 14:21 (UTC +04:00)

GUAM Katibliyi: Azərbaycan xalqı ilə həmrəyik


GUAM Katibliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə təşkilatın “Twitter” hesabında paylaşım edilib.

“GUAM Katibliyi həlak olan Azərbaycan hərbçilərinin ailələrinə dərin hüznlə başsağlığı verir və Azərbaycan xalqı ilə həmrəylik içərisində olduğunu vurğulayır”, - deyə qeyd olunub.

# 1642
avatar

Oxşar yazılar