7183
23:12
13 İyul 2020

Bakıda ağır qəza: Minik maşını yük avtomobilinə çırpıldı - FOTO - VİDEO

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

"Hyundai" markalı avtomobili idarə edən Sadiq Abbasov sükana nəzarəti itirib. Avtomobil dəmir yolu xətti keçidindəki səkiyə çırpılıb. Zərbənin gücündən nəqliyyat vasitəsi yol kənarında dayanan "KamAZ" markalı yük avtomobilinə də dəyib. Sürücü S.Abbasov və onun həyat yoldaşı, bacısı, anası ağır xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım xidmətinin briqadası gəlib. Yaralılar xəstəxanaya aparılıb.