DİN Bakıda iki nəfərin güllələnməsi ilə bağlı məlumat yaydı
13 iyul 2020 12:37 (UTC +04:00)

DİN Bakıda iki nəfərin güllələnməsi ilə bağlı məlumat yaydı

İyulun 10-da Müşfiqabad qəsəbəsi ərazisində bir nəfərin odlu silahdan açdığı atəşlə Bakı şəhər sakinləri F.Qasımova və Ə.Mikayılova xəsarət yetirməsi barədə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə məlumat daxil olub.

Daxili İşlər nazirliyindən Lent.az-a verilən xəbərə görə, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla F.Qasımovun “Makarov” markalı tapança ilə ehtiyatsız davranmasından açılmış atəşlə özünün və Ə.Mikayılovun ayaq nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

F.Qasımovun yaşadığı evin həyətindəki yardımçı təsərrüfata baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança və patron darağı aşkar edilərək götürülüb.

# 3085
avatar

Mehman Nəbiyev

Oxşar yazılar