4120
16:01
11 İyul 2020

Azərbaycanda güclü yağış fəsadlar törətdi - FOTO


Gəncədə güclü yağış fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində bu gün səhər saatlarından yağmağa başlayan güclü yağış təsərrüfata ziyan vurub. Şəhərin Məhsəti, Gülüstan və bir çox ərazilərində yağış suları evlərin zirzəmisinə dolub və həyətləri su basıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları zirzəmilərə dolan suyun çəkilməsi istiqamətində iş aparır.

Onu da qeyd edək ki, bu gün güclü yağış səbəbindən Gəncə şəhərində yerləşən Mərkəzi Klinik Xəstəxananın hasarı uçub. Nəticədə xəstəxanaya məxsus diametri 76 mm olan yerüstü qaz xəttinin bir hissəsi yararsız vəziyyətə düşüb.