Bibiheybətdə neft mədənləri zəbt edilib? - Rəsmi cavab
07 iyul 2020 13:42 (UTC +04:00)

Bibiheybətdə neft mədənləri zəbt edilib? - Rəsmi cavab

Paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində neft mədəninin ərazisinin zəbt olunması ilə bağlı mətbuatda yayılan iddialar nəzarətə götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin ünvanda ərazinin zəbt olunması ilə bağlı iddiallar əsassızdır, təsdiqini tapmayıb.

Buna baxmayaraq, fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırmalar aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq, fakta hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Bibiheybət qəsəbəsində neft mədəninin ərazisinin zəbt olunması ilə bağlı mətbuatda məlumatlar yayılıb.

# 2488
avatar

Mehman Nəbiyev

Oxşar yazılar