13:10
07 İyul 2020

Dadından doya bilmədiyimiz portağal şirəsinin zərərləri nələrdir? - Dietoloq danışır

Bir çox ölkələrdə təbii portağal şirəsi səhər yeməyinin zəruri atributudur. Portağal şirəsi orqanizmin tonusunu qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Araşdırmalar nəticəsində sübut olunub ki, portağal şirəsi nevroz və depressiyalardan əziyyət çəkən insanların vəziyyətini yaxşılaşdırır.

Soyuqdəymə və qrip zamanı portağal şirəsinin qəbulu xəstənin vəziyyətini yaxşılaşdırır, immun sistemini gücləndirir, sağalmanı tezləşdirir.

Portağal şirəsi müxtəlif vacib minerallarla zəngindir. Burada kalium, kalsium, sink, maqnezium, mis, fosfor, yod və s. kimi orqanizmin normal fəaliyyəti üçün olduqca vacib olan minerallar var.

Bəs görəsən portağal şirəsi haqqında nələri bilmirik? Bu qədər dadlı meyvənin şirəsi zərərli ola bilərmi?

Suallarımızı cavablandıran dietoloq Reyhan Cabbarlı Lent.az -la söhbətində portağal haqqında bilmədiyimiz bir çox məqamları açıqladı. O, deyir ki, son vaxtlarda ən çox verilən suallardan biri portağal şirəsi haqqındadır:

“Soruşurlar ki, zərərlidir ya faydalı? Bu qədər faydalı bir meyvə olan portağalın suyu necə zərərli ola bilər? Buna görə məncə həm faydalı həm də zərərli tərərfləri danışsaq daha gözəl nəticə alınar. İlk olaraq enerji dəyərlərinə baxsaq, 1 portağal=60kkal, 200ml portağal şirəsi=120kkal. Bunu da deməliyəm ki, məlumatlar yeni sıxılmış portağal haqqındadır. 200ml şirədə günlük ehtiyacımız olan C vitamini var. Əgər vitaminin tamamilə bədəninizdə qalmasını istəyirsinizsə, şirə ilə birgə kalsiumla zəngin olan bir dilim pendir və ya ağartı məhsulları yeyilməlidir. Şirə, tərkibindəki mikro və makro elementlərlə anti-infalamtuardır. İmmun sistemi dəstəkləyir, toksinlərə qarşı bədəni qorumada dəstəkləyicidir. Bunlardan əlavə, bəzi araşdırmalarda görülmüşdür ki? omim yaşlanmağa qarşı qoruyucu təsiri və dəri üzərindəki müsbət göstəriciləri də var . Alergiya və xronik xəstəliklər yoxdursa, kilo artırılması diyetlərində, uşaq qidalanmasında kalsiumlu qidalarla birlikdə içilməsini məsləhət görürəm”.

Dietoloq deyir ki, faydaları ilə yanaşı portağal şirəsinin zərərləri də var:

Normal bir insanın diyetində ortalama 3 porsiyon meyvə haqqı var. Əgər 200ml portağal şirəsi içsəniz 2-2.5 pors haqqınızı istifadə etmiş olursuz. Ancaq meyvələrin bizlər üçün ən önəmli özəlliklərindən biri olan lifləri, portağalı tam yeyərək əldə edə bilərsiniz. Eyni zamanda portağal şirəsinin tərkibində daha yüksək kalori və şəkər (fruktoz) olduğu üçün artıq çəkidən əziyyət çəkən və ya diyabetli şəxslər üçün uyğun deyildir. Ən əsası onu qeyd edim ki, 1 portağal sizi doyura bilər. Amma 1 stəkan portağal şirəsindəki yüksək şəkər sizə yenidən içmək istəyi verəcək. Hətta tam sağlam insanlar da təbii portağal şirəsini su ilə durulaşdırıb içməlidir”.

Sonda nəzərinizə çatdıraq ki, yalnız təbii portağal şirəsi (dükanlarda satılan şirələr yox!) orqanizmə fayda verə bilər. Təbii ki, deyilən qaydalara əməl olunaraq qəbul olunsa.

Dİgər xəbərlər