Hovuzdan çıxıb jurnalistləri təhqir edən iş adamının oğlu HƏBS EDİLDİ
06 iyul 2020 14:26 (UTC +04:00)

Hovuzdan çıxıb jurnalistləri təhqir edən iş adamının oğlu HƏBS EDİLDİ

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" otelində istirahət edən zaman jurnalistləri təhqir edən, 1992-ci il təvəllüdlü İsmayıl Babayev həbs olunub.

APA-nın məlumatına görə, İ. Babayev barəsində toplanan materiallar baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.

İ. Babayev məhkəmənin qərarı ilə 20 gün müddətinə azadlıqdan məhrum edilib. 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, İsmayıl Babayev ötən gün "Fairmont Baku" otelində keçirilən əməliyytdan sonra özünün “instagram”ında jurnalistləri təhqir edib.

"Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və "Fairmont" da bağlandı. Rahat olun, xəbər saytları, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq", - deyə o, “İnstagram” hesabında paylaşdığı videoda bildirib.

Qeyd edək ki, İ. Babayev iş adamı Fətulla Babayevin oğludur.

 

# 6052
avatar

Oxşar yazılar