Güclü istilər gözlənilir - PROQNOZ
06 iyul 2020 13:09 (UTC +04:00)

Güclü istilər gözlənilir - PROQNOZ

İyulun 7-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-24,  gündüz 34-38, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq. 

 

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.  

İyulun 7-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 20-25, gündüz 35-39, dağlarda gecə 15-19, gündüz  23-28 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 7-də Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

# 3832
avatar

Oxşar yazılar